Zəngin ilə
başqalarından fərqlən!




“İmzalı Zəng” xidməti sizə hər zəngə imza qoymaq imkanı yaradır.

Hər hansı bir nömrəyə zəng edərkən zəngi qəbul edən şəxs nömrənizlə yanaşı, özünüz üçün təyin etdiyiniz imzanı da görür.

Xidmətin Təsviri
  • İmza olaraq görmək istədiyiniz mətni SMS-lə 5111 qısa nömrəsinə göndərin. Təsdiq mesajı aldıqdan sonra xidmətdən istifadə edə bilərsiniz. İmzanızı göstərmək istədiyiniz halda zəng edəcəyiniz nömrənin əvvəlində *5* prefiksi yığın. Misal üçün: ​*5*050XXXXXXX, *5*051XXXXXXX, *5*070XXXXXXX, *5*077XXXXXXX, *5*055XXXXXXX, *5*099XXXXXXX.
  • Xidmətdən ölkə daxilində istifadə etmək olar;
  • İmza maksimum 100 simvoldan ibarət ola bilər. Təyin edilən imzaya görə bütün məsuliyyət abunəçiyə aiddir;
  • "İmzalı Zəng" zamanı bütün danışıqlar abunəçinin cari tarif planına uyğun hesablanır;
  • Xidmət barədə ətraflı məlumat almaq üçün «INFOIMZA», cari imzanı öyrənmək üçün «IMZA» açar sözü 5111-ə göndərilməlidir.
  • “İmzalı Zəng” xidmətindən imtina etmək üçün 5111-ə "«STOPIMZA»" açar sözü göndərilməlidir.
Fərdi abunəçi

Fərdi abunəçilər üçün günlük ödəniş cəmi 0,10 AZN-dir. Abunə olduqdan sonra istədiyiniz qədər imzanızı dəyişdirə və istədiyiniz qədər “İmzalı Zəng” vura bilərsiniz. İlk dəfə qoşulan abunəçilər üçün xidmət 3 günlük PULSUZdur.

Qiymətlərə ƏDV daxildir

Biznes abunəçi

Biznes abunəçiləri üçün aylıq ödəniş cəmi 1.99 AZN-dir. Abunə olduqdan sonra istədiyiniz qədər imzanızı dəyişdirə və istədiyiniz qədər “İmzalı Zəng” vura bilərsiniz. İlk dəfə qoşulan abunəçilər üçün xidmət 30 günlük PULSUZdur.

Qiymətlərə ƏDV daxildir

Tərəfdaşlar
Email: connect@dsc.az
Əlaqə nömrəsi:
Azercell: 6055
Bakcell: (012) 5813151
Nar: (012) 5653137
© 1999–2022 Digital Services Company.